Zaqatala rayon Məşğulluq Mərkəzinin direktoru özünü asıb

Zaqatala rayon Məşğulluq Mərkəzinin direktoru özünü asıb
09:05 15-08-2019 | icon 123

Qaxda intihar hadisəsi baş verib. milletinsesi.info-ın bölgə müxbiri xəbər verir ki, gecə saatlarında şəhərin Cəfər Cabbarlı küçəsində yaşayan 39 yaşlı Musa Feyzulla oğlu Feyzullayev yaşadığı evdə özünü asıb.

Onun meyiti anası tərəfindən aşkar olunub.

Faktla bağlı cinayət işi açılıb.

Qeyd edək ki, Musa Feyzullayev Zaqatala rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsində çalışıb.