Dənizkənarı Milli Parkda ərəb turist ölüb

Dənizkənarı Milli Parkda ərəb turist ölüb
00:40 15-08-2019 | icon 35

Bakı Dənizkənarı Milli Parkında Səudiyyə Ərəbistanından olan turist keçinib. Ərəb turist Dövlət Kukla Teatrının yaxınlığında ürək tutmasından ölüb. 

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Əbubəkirovun “Report”a verdiyi məlumata görə, hadisə barədə çağırış 21.54-də daxil olub. Onun sözlərinə görə, turist həkimlər hadisə yerinə gəlməmişdən dünyasını dəyişib.