Ağstafada ağır qəza: ölən var - FOTO

Ağstafada ağır qəza: ölən var - FOTO
23:50 14-08-2019 | icon 57

Ağıstafada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

milletinsesi.info-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Aşağı Göycəli kəndində qeydə alınıb.

“Mercedes” markalı avtomobil ilə yük maşını toqquşub. Nəticədə 1985-ci il təvəllüdlü Zaur Həsənov hadisə yerində dünyasını dəyişib, 34 yaşlı Orxan Qurbanov isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Ağstafa rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.