Rafiq Əliyev Bakıda 12 mərtəbəli bina tikdirir (FOTO)

Rafiq Əliyev Bakıda 12 mərtəbəli bina tikdirir (FOTO)
13:44 14-08-2019 | icon 142

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyev Bakıda hündürmərtəbəli bina tikdirir.

Millətinsəsi.info xəbər verir ki, bu barədə araşdırmacı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

Onun sözlərinə görə, Rafiq Əliyevin başçılıq etdiyi "İrşad" İslam Araşdırmaları Mərkəzi 2016-cı ildə Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospektində 12 mərtəbəli yaşayış binasının tikintisi üçün icazə alıb. Binadakı mənzillərin ümumi yaşayış sahəsi 3255 kv.metrdir.

Qeyd edək ki, Rafiq Əliyev 1991-cı ildə "İrşad" İslam Araşdırmaları Mərkəzinri təsis edib və 2006-cı ildən mərkəzin direktorudur. O, 2001-2006-cı illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri olub.

seb