Xan çinarının qırılması nəticəsində yaralananların adları açıqlandı - SİYAHI

Xan çinarının qırılması nəticəsində yaralananların adları açıqlandı - SİYAHI
15:25 14-07-2019 | icon 50

Şəkidə Xan Sarayında baş vermiş hadisə zamanı yaralananların adları açıqlanıb.

Səhiyyə Nazirliyinin məlumatına əsasən, baş vermiş hadisə ilə bağlı xəstəxanaya 19 nəfər müraciət edib. Onlardan 4 nəfərin vəziyyəti ağırdır.

Hadisə zamanı xəsarət alanların siyahısı:

Soltanova Sevinc - 1940-cı il təvəllüdlü, Rusiya vətəndaşı
Soltanova Laçın - 2004, Rusiya
Sara Hasan  1998, Suriya (sağ budun qapalı travması çanaqda)
Farik al Hasan - 1952, Suriya
Mariya al Hasan - 2003, Suriya
Samira al Hasan - 1965, Suriya
Galia al Hasan - 1988, Suriya
Rəsulova Səbinə - 1983
Məmmədov Elxan - 1993 (onurğanın qapalı travması)
Məmmədova Səkinə - 1998
Teymurova Validə - 1995
Ağayev Fərid - 1996
Məmmədov İlkin - 1995 (ağır dərəcəli kəllə-beyin travması sağ ayaqda sınıq)
Məmmədova Zemfira - 1994
Naibə Hüseynova - 1968
Cəfərova Məryəm - 1961
Niftəliyeva Könül - 197
Xasiyeva Yasəmən - 1970
Ağamalıyeva Xatirə - 1987 (sağ baldır sümüyünün çox qəlpəli sınığı, travmatik şok)

Fövqəladə Hallar Nazirliyinin helikopterləri hazırdır. Paytaxtdan yüksək ixtisaslı həkim briqadaları cəlb olunublar. Ehtiyac olduğu halda yaralılar paytaxta gətiriləcəklər. Digər 15 nəfərə isə ilkin tibbi yardım göstərilib. Vəziyyətləri normaldır.

***

Şəkidə Xan Sarayında irigövdəli ağacın budağının qırılması nəticəsində xəsarət alan yaralılardan dörd nəfər helikopter vasitəsilə Bakıya göndərilib.

Səhiyyə Nazirliyinin məlumatına əsasən, İlkin Məmmədova ağır dərəcəli kəllə beyin travması, sağ ayaqda sınığı, Sara Hasana sağ bud sümüyünün qapalı travması çanaqda, Farik Hasana sol incik sümüyünün sınığı, Al Hasan Samirəyə ağ baldır sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub və helikopterlə Bakıya Kliniki Tibbi Mərkəzə göndərilib.

Sağ baldır sümüyünün çox qəlpəli sınığı, travmatik şok vəziyyətində olan Xatirə Ağamalıyevanın isə Təcili Tibbi Yardım avtomobili ilə Travmatologiya İnstitutuna aparılması müzakirə olunur.

Digər xəsarət alan Elxan Məmmədova onurğanın qapalı travması diaqnozu qoyulub və Şəki MRX-də müalicəsi davam etdirilir. Vəziyyəti orta-ağır qiymətləndirilir. Digər şəxslərə tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıblar.

Qeyd edək ki, Suriya vətəndaşları olan S.Hasan, F.Hasan və Al Hasan Samirə bir ailənin üzvüdürlər.

***

Şəkidə Xan Sarayında irigövdəli ağacın budağının qırılması nəticəsində ölüm hadisəsinin olması barədə yayılan məlumatlar yanlışdır.

milletinsesi.info-ın məlumatına görə, bunu Şəkidə olan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, hadisə nəticəsində xəsarət alanlar var, bir nəfərin vəziyyəti ağırdır:

“Ölən yoxdur. Hadisə nəticəsində 19 nəfər xəsarət alıb. Onlardan 12-si Azərbaycan, 2 nəfər Rusiya, 5 nəfər isə Suriya vətəndaşıdır. Hazırda xəsarət alanların əksəriyyətinin vəziyyəti stabildir”.

Dövlət Turizm Agentliyinin sədri deyib ki, xəsarət alan bir qadın təcili tibbi yardım maşını ilə Bakıya göndərilir:

“Digərləri isə helikopter vasitəsilə Bakıya göndərilir”.

F.Nağıyev deyib ki, məsələ ilk dəqiqələrdən Prezident İlham Əliyevin şəxsi nəzarətindədir.

Bir qədər əvvəl Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilirdi ki, sağ baldır sümüyünün çox qəlpəli sınığı, travmatik şok vəziyyətində olan Xatirə Ağamalıyevanın təcili tibbi yardım avtomobili ilə Travmatologiya İnstitutuna aparılması müzakirə olunur.

İlkin Məmmədova ağır dərəcəli kəllə beyin travması, sağ ayaqda sınığı, Sara Hasana sağ bud sümüyünün qapalı travması çanaqda, Farik Hasana sol incik sümüyünün sınığı, Al Hasan Samirəyə isə ağ baldır sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub və helikopterlə Bakıya Kliniki Tibbi Mərkəzə göndəriliblər.