Ukraynada adam öldürüb Azərbaycana qayıdan şəxs saxlanılıb

Ukraynada adam öldürüb Azərbaycana qayıdan şəxs saxlanılıb
03:20 14-07-2019 | icon 37

Ukraynada hadisə törədərək Azərbaycana qaçan şəxs saxlanılıb.

APA xəbər verir ki, 1958-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Bəhram Rəsulov ölümlə avtoqəza törətdiyi üçün axtarışda olub.

Sabunçu RPİ-nin əməkdaşları Ukrayna tərəfinin müraciəti əsasında B.Rəsulovu həbs edib. Onun ekstradisiya olunub-olunmayacağı barədə bir məlumat verilmir.