“Taliban” dinc durmur: ikisi uşaq, səkkiz nəfər öldürüldü

“Taliban” dinc durmur: ikisi uşaq, səkkiz nəfər öldürüldü
01:00 14-07-2019 | icon 30

Əfqanıstanda silahlıların hotelə hücumu nəticəsində səkkiz nəfər öldürülüb.

TASS xəbər verir ki, hadisə ölkənin şərqindəki Badgiz əyalətində olub.

Yerli hüquq-mühafizə orqanlarının məlumatına görə, bir qrup silahlı şəxs hotelə daxil olaraq ətrafa atəş açıblar. Hadisə nəticəsində aralarında ikisi uşaq olmaqla, səkkiz nəfər ölüb.

Hücumçulardan isə üçü polislərlə atışmada ölüb, ikisi həbs edilib.

Hadisənin məsuliyyətini “Taliban” qruplaşması öz üzərinə götürüb.