“Barri” Luizana sahillərinə çatdı: Tramp fövqəladə vəziyyət elan etdi

“Barri” Luizana sahillərinə çatdı: Tramp fövqəladə vəziyyət elan etdi
00:00 14-07-2019 | icon 32

“Barri” qasırğası ABŞ-ın Luizana ştatının sahillərinə çatıb.

“RİA Novosti” xəbər verir ki, bu barədə ABŞ-ın qasırğaları izləmə mərkəzi məlumat yayıb.

Metereoloji mərkəzin saytından bildirilib ki, “Barri” artıq ştatın lap yaxınlığındadır. Əhaliyə fövqəladə vəziyyətlə bağlı xəbərdarlıq edilib. Qasırğanın həyat üçün təhlükəli ola biləcəyi və onun nəticəsində çayların öz məcrasından çıxması gözlənilir.

Bundan əlavə, qasırğanın sahilə çatmasından sonra tədricən tropik fırtına səviyyəsinə düşməsi gözlənilir.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp Luizanada fövqəladə vəziyyət elan eləmişdi.