Vaxtanq Kikabidze Rusiya ilə bağlı iddiaları cavablandırdı

Vaxtanq Kikabidze Rusiya ilə bağlı iddiaları cavablandırdı
19:45 13-07-2019 | icon 26

Məşhur gürcü müğənni Vaxtanq Kikabidze Rusiyada gizli işləməsi ilə bağlı iddiaları cavablandırıb.

“RİA Novosti” xəbər verir ki, əfsanəvi mədəniyyət işçisi sonuncu dəfə 2008-ci ildə Rusiyada olduğunu deyib: “Cənubi Osetiyadakı müharibədən sonra çoxsaylı dəvətlərə baxmayaraq, bütün qastrollardan imtina etdim. Dedim ki, ölkələrimiz arasında bu cür situasiya davam etdiyi müddətdə mənim ayağım ora dəyə bilməz. Mən siyasətlə xalqlar arasındakı münasibətləri qarışdırmaq istəmirəm. Rus xalqı üçün konsert verərəm, amma Rusiya torpaqlarından kənarda”.

Qeyd edək ki, bir müddət əvvəl aktyor Boris Klyuev bildirmişdi ki, V.Kikabidze tez-tez Rusiyadakı şirkətlərin birinin xətti ilə bu ölkədə proqramlarda çıxış edir. Onlar arasında müqaviləyə görə isə bu səfərlər ictimaiyyətdən gizli saxlanılmalıdır.