Parapauerliftinq komandamız dünya çempionatında

Parapauerliftinq komandamız dünya çempionatında
13:20 13-07-2019 | icon 44

Gürcüstanda təlim-məşq toplanışında olan parapauerliftinq milli komandamız Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərindədir.

milletinsesi.info xəbər verir ki, parapauerliftinq üzrə Azərbaycanın paralimpiya yığma komandası dünya çempionatında iştirak edəcək.

Dünya çempionatında ölkəmiz adından baş məşqçi İlqar İbişovun rəhbərliyi altında beş idmançı mübarizə aparacaq. Bunlar Pərvin Məmmədov (-49 kq), Nurlan Babacanov (-97 kq), Elşən Hüseynov (-107 kq), Şamo Aslanov (+107 kq) və Bikəxanım Vəliyevadır (-55 kq).

Bu gün Avropa çempionumuz Pərvin Məmmədov ilk olaraq mübarizəyə başlayır.

Qeyd edək ki, dünəndən başlayan yarışlar iyulun 20-dək davam edəcək.

Səbuhi Musayev