Türkiyəli şirniyyatçı Putin üçün börək bişirəcək: “S-400”ə görə

Türkiyəli şirniyyatçı Putin üçün börək bişirəcək: “S-400”ə görə
12:30 13-07-2019 | icon 40

Türkiyəli şirniyyatçı Həsən Acar Rusiya Prezidenti Vladimir Putin üçün börək hazırlamaq niyyətindədir.

“RİA Novosti” xəbər verir ki, bursalı şirniyyatçı bu qərara Rusiyanın S-400 zenit-raket komplekslərinin (ZRK) Türkiyəyə tədarükünə başlanmasından sonra gəlib.

“S-400 ZRK-nın Türkiyəyə tədarakünə başlanılması bizim üçün çoxdan gözlənilən xəbər olub. Bunun ölkəmizin milli təhlükəsizliyi, eləcə də Türkiyə və Rusiya arasında əlaqələr üçün nə qədər vacib olduğunu anlayaraq ölkələrimiz arasında münasibətlərin inkişafına gücüm çatan töhfə vermək istəyirəm. Buna görə də ənənəvi börəyimizi bu gün bişirərək Kremlə, şəxsən Vladimir Putinə  göndərəcəyəm” , - H. Acar deyib.

Türk şirniyyatçı Rusiya liderini Bursadakı restoranına da dəvət etməyi unutmayıb.

Xatırladaq ki, H.Acar uzunluğu 2023 metrə çatan ən böyük börəyin hazırlanmasına görə Ginnesin Rekordlar Kitabına düşüb.