Monteneqrolu müdafiəçi “Zirə”də

Monteneqrolu müdafiəçi “Zirə”də
11:20 13-07-2019 | icon 35

“Zirə” yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirib.

Klubun məlumatına əsasən, monteneqrolu oyunçu Miloş Bakraçla razılığa gəlinib.

Bakı klubu 27 yaşlı mərkəz müdafiəçisi ilə bir illik müqavilə bağlayıb.

Qeyd edək ki, M.Bakraç bundan öncə “Syon” (İsveçrə), “Buduçnost” (Monteneqro), “Travnik” (Bosniya və Herseqovina), “Sutyeska” (Monteneqro), “Jeljezniçar” (Bosniya və Herseqovina) və “Titoqrad” (Monteneqro) klublarında çıxış edib.

O, Monteneqronun əsas millisi ilə cəmi bir matç keçirib. Bu, ötən il iyunun 2-də Sloveniya ilə yoldaşlıq oyunu zamanı baş verib.

Səbuhi Musayev