Azərbaycan Universiadada iki medal qazandı, amma gerilədi

Azərbaycan Universiadada iki medal qazandı, amma gerilədi
10:25 13-07-2019 | icon 32

İtaliyanın Neapol şəhərində keçirilən XXX Yay Universiadasında Azərbaycan millisi medal sıralamasında geriləyib.

milletinsesi.info xəbər verir ki, bədii gimnastımız Zöhrə Ağamirova çoxnövçülük yarışlarında gümüş, taekvondoçu Patimat Abakarova isə bürünc medal qazansa da, millimiz reytinq sıralamasında bir pillə geriləyib. Buna səbəb digər komandaların da aktivlərinə qızıl medal yazdırmasıdır. 

Beləliklə, idmançılarımızın qazandığı medalların sayı altıya çatıb. Hazırda 18-ci pillədə qərarlaşan millimizin aktivində iki qızıl, iki gümüş və iki bürünc medal var.

Qeyd edək ki, Azərbaycanın bu gün daha dörd medal qazanmaq şansı var. Belə ki, Zöhrə Ağamirova bədii gimnastikada mümkün dörd finalın (lent, gürz, halqa, top) hər birində finala vəsiqəni təmin edib.

Səbuhi Musayev