Aygün Kazımovadan yeni klip: çılpaq “Toy boy” - VİDEO

Aygün Kazımovadan yeni klip: çılpaq “Toy boy” - VİDEO
09:20 13-07-2019 | icon 60

Xalq artisti Aygün Kazımova “DUY” albomuna daxil olan “Toy boy” (“Oyuncaq oğlan”) mahnsına çəkdirdiyi klipi təqdim edib.

milletinsesi.info xəbər verir ki, videoçarx ifaçının rəsmi “Youtube” kanalında yayımlayıb.

Ehtiraslı və seksual obrazda kamera qarşısına çıxan “pop diva” göz qamaşdırıb. Onun yanında oturan idmançı bədən quruluşlu kişinin çılpaq görüntüsü də izləyicilərin diqqətini çəkib.

A.Kazımova budəfəki yeni işini türkiyəli komandaya həvalə edib. Həmçinin ekran işinin üzərində Rüfət Rəsulov və tanınmış dizayner Rüfət İsmayıl işləyib.

Qeyd edək ki, mahnının sözü və musiqisi MC Murada məxsusdur.

Rəşad Əliyev