Braziliyada 115 milyon yaşı olan zanbaq tapılıb

Braziliyada 115 milyon yaşı olan zanbaq tapılıb
08:50 13-07-2019 | icon 32

Braziliyada beynəlxalq tədqiqatçılar qrupu yaxşı qalmış 115 milyon yaşı olan “Cratolirion bognerianum” zanbağını aşkar edib.

Bu barədə “Nature Plants” jurnalı yazır.

Zanbaq elmə məlum olan ən qədim birfilqəli bitkilər fəslinə daxildir ki, bura həmçinin səhləblər, inciçiçəyilər və bəzi  otlar da aid edilir. Qədim zanbaq kökləri, çiçəyi və ayrı-ayrı hüceyrələrinin daşa dönməsi sayəsində dövrümüzə gəlib çatıb.

Çiçəyin hündürlüyü 40 santimetrə yaxındır. Alimlər rentgenin köməyi ilə zanbağın əsas gövdəsinin firuzə, yarpaqlarının tünd yaşıl, dişiciklərinin açıq-yaşıl, ləçəklərinin isə narıncı rəngdə olduğunu müəyyən edə biliblər.