Bakıda qadın darvazanın altında qaldı

Bakıda qadın darvazanın altında qaldı
02:40 13-07-2019 | icon 57

Bakının Xətai rayonunda bədbəxt hadisə baş verib.

milletinsesi.info bildirir ki, 1971-ci il təvəllüdlü Nəbiyeva Nurlana Ağamalı qızının yaşadığı evin həyətindəki darvaza üzərinə aşıb.

N.Nəbiyeva ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona döş qəfəsinin və bel nahiyyəsinin küt travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.