Mərdəkanda qəza: beş maşın bir-birinə dəydi - VİDEO

Mərdəkanda qəza: beş maşın bir-birinə dəydi - VİDEO
22:25 12-07-2019 | icon 46

Bakıda zəncirvari avtomobil qəzası olub.

milletinsesi.info xəbər verir ki, hadisə Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib.

Bu barədə sosial şəbəkə istifadəçiləri video paylaşıblar.

Videodan görünür ki, Sergey Yesenin küçəsi ilə hərəkət edən beş avtomobil bir-biri ilə toqquşub.

Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə zərər dəyib.