Serialın yayımı dayandırıldı, TV cərimə olundu

Serialın yayımı dayandırıldı, TV cərimə olundu
22:40 14-06-2019 | icon 82

Türkiyə Radio və Televiziya Şurası (RTÜK) Fox TV-ni cəzalandırıb. 

milletinsesi.info xəbər verir ki, buna səbəb “Fox Life”da Amerika istehsalı olan “Jane The Virgin” serialının yayımlanması olub.

Qeyd olunub ki, sözügedən serialda həmcinslərin münasibətləri qabardılıb, bu isə Türkiyə milli-mənəvi dəyərlərinə ziddir. 

Həmçinin, RTÜK FOX TV-ni cəmiyyətin əxlaq dəyərlərini heçə saymaqda günahlandırıb. 

Şura serialın yayımlanmasını dayadıraraq, kanalı yüksək məbləğdə cərimələyib.

Rəşad Əliyev