Türkiyədə nəhəng sərnişin təyyarəsi suda batdı - VİDEO

Türkiyədə nəhəng sərnişin təyyarəsi suda batdı - VİDEO
19:10 14-06-2019 | icon 131

Türkiyənin Ədirnə vilayətində, Soros sahillərində nəhəng sərnişin təyyarəsi planlaşdırılmış şəkildə suda batırılıb.Məqsəd ərazidə turizmin inkişaf etdirilməsidir.

Sahildən 1800 metr məsafədə “Airbus A330” tipli laynerin batırılması üçün təntənəli mərasim təşkil olunub.  Layner 30 metr dərinliyə endirilib.

90 ton ağırlığındakı təyyarə Soros sahillərinə 6 TIR vasitəsi ilə gətirilərək, burda montaj-quraşdırma işləri aparıldıqdan sonra suya endirilib. Uzunluğu 60 metr olan bu təyyarə indiyədək turizmin inkişaf etdirilməsi məqsədi ilə batırılan ən böyük təyyarədir.

Qeyd edək ki , layihə Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) dəstəyi ilə həyata keçirilib.