Azərbaycan FIFA reytinqində gerilədi

Azərbaycan FIFA reytinqində gerilədi
17:05 14-06-2019 | icon 35

FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

milletinsesi.info-ın məlumatına görə, ötən ayla müqayisədə Azərbaycan milli komandası iki pillə geriləyib. 

Belə ki, millimiz 1188 xalla 110-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan millisi 2020-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 8-də Macarıstana (1:3), iyunun 11-də isə Slovakiyaya (1:5) məğlub olub. 

Samir İsayev