Neftçalada kuryoz hadisəRəis başçının birinci müavinini niyə cəzalandırıb?

Neftçalada kuryoz hadisə – Rəis başçının birinci müavinini niyə cəzalandırıb?
17:00 14-06-2019 | icon 1082

Neftçalanın polis rəisi ilə rayon icra hakimiyyətinin başçısının müavini arasında gərginlik yaşanır.

Gərginliyə səbəb isə Neftçala Rayon Polis Şöbəsinin (RPŞ) rəisi, polis polkovniki Vüsal Şəbəndiyevin başçının birinci müavini Vurğun Əkbərovun xidməti maşınını cəza meydançasına aparmaq haqda verdiyi tapşırıq olub. Lakin müavinin xidməti maşınının cəza meydançasına aparılmasına səbəb heç də sürücünün yol hərəkəti qaydalarını pozması ilə əlaqədar olmayıb.

 

Vüsal Şəbəndiyev

Azeuronews.com-a rayondan daxil olan məlumata görə, insidentə səbəb başçının birinci müavini Vurğun Əkbərovla polis rəisi ilə birlikdə getdikləri səyyar görüşdə baş verən hadisə olub. Belə ki, Vurğun Ələkbərov səyyar görüş zamanı polis rəisinə rəyasətdə yer ayırmayıb və rəis sakinlərin arasında oturmağa məcbur olub. Geri qayıdarkən isə yolda rəis polislərə başçının birinci müavinin xidməti maşınını saxlamağı və cəza meydançasına aparmağı əmr edib. 

Vurğun Əkbərov

Mənbə bildirir ki, hadisə bütün rayona yayılıb və hadisədən sonra Vurğun Əkbərov xidməti maşınına minməkdən imtina edib. İddiya görə müavin başçı İsmayıl Vəliyevə bildirib ki, “polsin əli dəyən maşına bir daha minməyəcək”.

Yazıda adı keçən vəzifəli şəxslərin mövqeyini dərc etməyə hazırıq.