Bakının bu ərazisində su borusu yenə partladı - FOTO

Bakının bu ərazisində su borusu yenə partladı - FOTO
16:10 14-06-2019 | icon 51

Bakının Məhəmməd Hadi küçəsində su xəttində qəza baş verib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, hadisə M.Hadi küçəsi, 51 ünvanında (Ukrayna dairəsi yaxınlığı) yolun altından keçən yolda qeydə alınıb. 

Baş vermiş qəzanın aradan qaldırılması üçün sözügedən qurumun əməkdaşları tərəfindən ərazidə qazıntı-bərpa işləri aparılır.

Sürücülərdən diqqətli olmaları xahiş olunur.

Qeyd edək ki, mayın 31-də həmin ərazidə analoji hadisə baş verib.