Bakıda beş nəfər itkin düşüb: İkisi məktəblidir

Bakıda beş nəfər itkin düşüb: İkisi məktəblidir
15:55 14-06-2019 | icon 30

Bakının Qaradağ rayonunda iki azyaşlı itkin düşüb. 

Hüquq-mühafizə orqanlarından milletinsesi.info-a verilən məlumata görə, 2004-cü il təvəllüdlü Fuad Elnur oğlu Əliyev və qonşusu 2005-ci il təvəllüdlü Qəhrəman Vüqar oğlu Cəfərli iyunun 12-si saat 08 radələrində məktəbə getmək adı ilə evdən çıxıb və geri qayıtmayıblar. 

Azyaşlıların valideynləri bununla bağlı rayonun 10-cu polis bölməsinə müraciət ediblər. 

Hazırda yeniyetmələrin axtarışları davam edir.

Qeyd edək ki, ötən sutka ərzində hüquq-mühafizə orqanlarına itkin düşmə ilə bağlı üç ərizə daxil olub. Xətai rayonunda iyunun 12-də günün ayrı-ayrı vaxtlarında 1977-ci il təvəllüdlü Məmmədov Vasif Vaqif oğlu, 1936-cı il təvəllüdlü Yusifova Mazaltu Avışalumovna və 1969-cu il təvəllüdlü İsgəndov Cavanşir Əjdər oğlu itkin düşüb.

Ramella İbrahimxəlilova