Biləsuvarda mikroavtobus yandı - VİDEO

Biləsuvarda mikroavtobus yandı - VİDEO
15:50 14-06-2019 | icon 51

Bakı-Ələt-Astara avtomagistralının Biləsuvar rayonundan keçən hissəsində mikroavtobus yanıb.

milletinsesi.info xəbər verir ki, Cəlilabad rayon sakini Vüqar Orduyev sükanı arxasında olduğu mikroavtobusla Astara istiqamətində hərəkətdə olarkən maşının mühərrik hissəsi qəfildən alovlanıb.

Alov tezliklə maşının qarşı tərəfini bürüyüb. Nəticədə, mikroavtobus yararsız hala düşüb. Sürücünün sözlərinə görə, avtomobil sonuncu dəfə Biləcəridə servisdə olub.Yanğının da məhz ustaların təmirdə buraxdıqları ehtiyatsızlıq ucbatından baş verdiyi ehtimal edilir.

Sürücü avtomobilin hansı səbəbdən yanması ilə bağlı müvafiq qurumların mütəxəssislərinə müraciət edib. Ekspertiza nəticələrindən sonra hadisəsinin dəqiq səbəbləri müəyyən olunacaq.