Fərizənin anası dünyasını dəyişdi

Fərizənin anası dünyasını dəyişdi
14:25 14-06-2019 | icon 50

1990-cı il 20 Yanvar hadisələri zamanı vəfat etmiş Fərizə Allahverdiyevanın anası Bağda xanım dünyasını dəyişib.

Bu barədə deputat Aydın Mirzəzadə sosial şəbəkədə məlumat yayıb. 

Bildirib ki, bu barədə xəbəri F.Allahverdiyevanın qaynı Elxan Allahverdiyev ona bildirib.

Qeyd edək ki, F.Allahverdiyeva 20 Yanvar faciəsi zamanı şəhid olmuş İlham Allahverdiyevin həyat yoldaşıdır. Onlar Şəhidlər Xiyabanında dəfn olunub.