“Əziz müəllimim” mahnısına yeni klip çəkildi - VİDEO

“Əziz müəllimim” mahnısına yeni klip çəkildi - VİDEO
13:45 14-06-2019 | icon 51

Sevilən “Əziz müəllimim” mahnısına yeni klip çəkilib.

milletinsesi.info xəbər verir ki, bu, Təhsil Nazirliyi və “ASAN Radio”nun birgə layihəsi olaraq ərsəyə gəlib.

Mahnının bəstəkarı və ifaçısı Sevinc Ağasıyevadır. Sözləri Məhəbbət İbrahimovaya məxsus “Əziz müəllimim” mahnısı yeni aranjimanda təqdim olunur.

Çəkilişlər “ASAN Radio” və Bakı şəhəri 6 saylı məktəb-liseydə aparılıb. Klipdə müəllim obrazını Əməkdar artist Xalidə Quliyeva canlandırıb. Onun simasında müəllim peşəsinin xüsusiyyətləri - nəciblik, peşəkarlıq, səbirli və diqqətli olmaq, o cümlədən, müəllim-şаgird münаsibətlərində ən vacib məqamlar öz əksini tapıb.

Klipdə tanınmış aparıcı və aktyor Şəhriyar Əbilov, Şuşa Dövlət Musiqili Dram Teatrının aktyoru Türkay Cəfərli, “ASAN Radio”nun aparıcısı Ruslan Zeynal və başqaları rol alıb.

​“Əziz müəllimim” klipinin quruluşçu rejissoru Bəhruz Əliyev, quruluşçu operatoru Nadir Mehdiyev, layihənin rəhbəri “ASAN Radio”nun direktoru Emin Musəvidir.

Təşkilati dəstək “EM Group” inşaat şirkətidir.