Rusiya yeni zenit-raket kompleksini sınadı - VİDEO

Rusiya yeni zenit-raket kompleksini sınadı - VİDEO
13:05 14-06-2019 | icon 33

Rusiyanın Həştərxan vilayətinin Kapustin Yar poliqonunda ilk dəfə olaraq “Tor-M2DT” zenit-raket kompleksindən havada yüksək sürətlə manevr edən şərti düşmən hədəflərinə atəş açılıb.

Sınaqların videogörüntüsünü “Zvezda” telekanalı yayıb.

Telekanalın məlumatına görə, atəş aktiv radiopozuntu şəraitində aparılıb.

Hava Hücumundan Müdafiə Qüvvələrinin keçirdiyi təlim zamanı komplekslərdən açılan atəş nəticəsində müxtəlif istiqamətlərdə buraxılmış, yuxarı və aşağı yüksəkliklərdə uçan bütün hədəflər məhv edilib.