Spikerdən deputatlara xəbərdarlıq: Sözünüzü kəsəcəyəm

Spikerdən deputatlara xəbərdarlıq: Sözünüzü kəsəcəyəm
12:35 14-06-2019 | icon 43

Milli Məclisin sədri Oqtay Əsədov millət vəkillərinə xəbərdarlıq edib.

milletinsesi.info-ın xəbərinə görə, parlamentin iclasında “2018-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı millət vəkili Şəmsəddin Hacıyev Azərbaycanın Ermənistanla müqayisə olunmasını düzgün hesab etmədiyini bildirib:

“Keçən dəfə burada bəziləri belə iddia etdi ki, Ermənistanda həyat səviyyəsi, inkişaf göstəriciləri guya bizdən yüksəkdir. Hamısı yalandır, çox qüsurlu müqayisədir! Məgər bu ölkənin başdan-ayağa rəzalət, çöküş içində olduğunu bilmirik?! Biz Ermənistandan hər bir məsələdə dəfələrlə yüksəkdəyik”.

Spiker isə deputatın çıxışını yarımçıq dayandırıb:

“Keçən dəfə kim dedi, nə dedi, indi bunun yeri deyil. Kim Nizamnamədən kənara çıxsa, müzakirə olunan məsələni qoyub, başqa məsələdən danışsa, onun sözünü kəsəcəyəm. Nizamnaməyə əməl edin!”

Kamil Həmzəoğlu