Paytaxtda qəza: üç qadın ağır yaralanıb

Paytaxtda qəza: üç qadın ağır yaralanıb
10:55 14-06-2019 | icon 25

Bakının Yasamal rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

milletinsesi.info-ın məlumatına görə, hadisə zamanı üç qadın xəsarət alıb. 

Səhiyyə Nazirliyindən verilən məlumata əsasən, 19 və 40 yaşlı qadınlar qapalı kəllə-beyin travması ilə, 50 yaşlı qadın isə başın yumşaq toxumalarının əziyi diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar.

Hazırda onların müayinələri davam edir.