Bakı metrosunda intihara cəhd - Sevdiyi oğlana görə

Bakı metrosunda intihara cəhd - Sevdiyi oğlana görə
10:50 14-06-2019 | icon 36

Dünən axşam saatlarında “Bakı Metropoliteni”nin “Elmlər Akademiyası” stansiyasında intihara cəhd hadisəsi qeydə alınıb.

Hüquq-mühafizə orqanlarından milletinsesi.info-a verilən məlumata görə, dünən 17:35 radələrində Biləsuvar rayon sakini, 2001-ci il təvəllüdlü N.M. intihar məqsədilə özünü qatarın altına atmaq istəyib.

Stansiyada xidmət aparan polis əməkdaşları tərəfindən intihara cəhdinin qarşısını alınıb. 

Aparılan araşdırmalar zamanı N.M.-nın sevdiyi oğlanla mübahisə etdikdən sonra bu addımı atmaq istədiyi müəyyənləşib.