Qusarda ana ölümü: körpəsi də ölü doğuldu

Qusarda ana ölümü: körpəsi də ölü doğuldu
10:15 14-06-2019 | icon 56

Qusardakı evlərdən birində ana və yeni doğulan körpəsinin meyiti tapılıb.

Qusar hüquq-mühafizə orqanlarından milletinsesi.info-a verilən məlumata görə, hadisə Suvacal kəndində baş verib.

Kənd sakini 27 yaşlı Emma Ağamuradova gecə saatlarında qaldığı evdə uşaq dünyaya gətirdikdən sonra qanaxmadan ölüb.

Məlumatlara əsasən, E.Ağamuradova heç bir xəstəxanada qeydiyyatda olmayıb və doğuş zamanı huşunu itirib. Körpə də dünyaya ölü gəlib.

Səhər yuxudan oynanan əri yoldaşı və yeni doğulan körpənin meyitini aşkarlayıb. 

Faktla bağlı Qusar rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Ramella İbrahimxəlilova