Oğuzda qadın sürücü qəza törətdi: ölənlər var

Oğuzda qadın sürücü qəza törətdi: ölənlər var
09:45 14-06-2019 | icon 37

Oğuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.

milletinsesi.info xəbər verir ki, hadisə axşam saatlarında Oğuz rayonunun Bayan kəndi ərazisində qeydə alınıb.

Belə ki, 50 yaşlı Bakı şəhər sakini Elnarə Ağakərimovanın idarə etdiyi minik maşını yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü və hələlik şəxsiyyəti məlum olmayan qadın hadisə yerində keçinib.

Avtomobildə olan bir ailənin üzvləri - 41 yaşlı Zaman Hadıyev, 51 yaşlı Məlahət Hadıyeva və doqquz yaşlı Zəki Hadıyev ağır bədən xəsarətləri ilə Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Yaralıların vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.