Lənkəranda yeniyetmə laqunda ilə hər iki ayağını kəsdi

Lənkəranda yeniyetmə laqunda ilə hər iki ayağını kəsdi
09:10 14-06-2019 | icon 29

Lənkəranda 17 yaşlı oğlan kəsici alətlə hər iki ayağını kəsib.

milletinsesi.info-ın xəbərinə görə, bədbəxt hadisə rayonun Osaküçə kəndində baş verib.

Kənd sakini, 2002-ci il təvəllüdlü Ravil Hüseynov dəryaz itiləyərkən ehtiyatsız davranaraq laqunda ilə ayaqlarını kəsib.

Yaralının vəziyyəti ağır olduğu üçün Bakıda yerləşən xəstəxanalardan birinə göndərilib.