Şıxovda maşınla vurulan gənc Qış parkında tapılıb

Şıxovda maşınla vurulan gənc Qış parkında tapılıb
05:40 14-06-2019 | icon 36

Səbail rayonunda piyadanın yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 
 
milletinsesi.info xəbər verir ki, Şıxov qəsəbəsində baş verən qəza zamanı 1997-ci il təvəllüdlü Məmmədov Elvin Rafiq oğlu naməlum avtomobil tərəfindən vurulub. 
 
E.Məmmədov yaralı vəziyyətdə Yasamal rayonundaki Qış parkının ərazisində tapılıb. 
 
Yaralı dərhal 1 saylı Klinik Tibbi Mərkəzə aparılıb. 
 
Faktla bağlı araşdırma aparılır. 
 
Kamil Əmirli, Elşad Mətləboğlu