Moskvada turistləri cəlb edəcək “Türkiyə festivalı” açılır

Moskvada turistləri cəlb edəcək “Türkiyə festivalı” açılır
05:00 14-06-2019 | icon 37

İyunun 14-də Moskva-nın “Krasnaya Presnya” parkında “Türkiyə fesyivalı” açılacaq.
 
“Anadolu” xəbər verir ki, festival “Türkiyənin Rusiyada mədəniyyət və turizm ili” çərçivəsində keçırilir. 
 
3 gün ərzində Moskva sakinləri və qonaqlar Türkiyənin tarixi, mədəniyyəti və turizm potensialı ilə tanış olacaqlar.
 
Türkiyənin Rusiyadakı səfiri Mehmet Samsar bildirib ki, festival Rusiyada Türkiyə haqqında keçirilən ən irimiqyaslı tədbirlərdən olacaq:
“Bizim məqsədimiz – Türkiyəyə daha çox rusiyalı turistləri cəlb etməkdir”.