Yevlaxda küllü miqdarda narkotik maddə müsadirə olundu

Yevlaxda küllü miqdarda narkotik maddə müsadirə olundu
03:30 14-06-2019 | icon 36

Həyətində çətənə bitkisi yetişdirən Yevlax rayonu sakini həbs edilib. 

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan milletinsesi.info-a verilən məlumata görə, Yevlax RPŞ-nin əməkdaşları tərəfindən “Xaş-xaş-2019” şərti adlı kompleks əməliyyat-axtarış və proflaktik tədbirlər planına uyğun olaraq keçirilmiş tədbirlər nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən Yuxarı Salamabad kənd sakini Elçin Hüseynov saxlanılıb.

Onun yaşadığı ünvana baxış keçirilən zaman evin həyətində aqrotexniki qaydada qulluq etdiyi çəkisi 1 kiloqram 735 qram olan, 20-65 santimetr uzunluqda 42 ədəd narkotik tərkibli çətənə bitkisi, eləcə də istifadə etmək məqsədi ilə saxladığı çəkisi 1 kiloqram 705 qram olan marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər uğurla davam etdirilir.