Xırdalanda 9 saylı məktəbin şagirdi  atasının avtomobili ilə məktəblini vurub

Xırdalanda 9 saylı məktəbin şagirdi  atasının avtomobili ilə məktəblini vurub
17:37 13-06-2019 | icon 732

Xırdalanda 9 saylı məktəblə bağlı olaylar səngimir.

Belə ki, bu gün səhər saatlarında Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin yaxınlığında bu məktəbin 10-cu sinif şagirdi atasının "Hyunday" markalı avtomobil ilə avtoşluq edərkən həmin məktəbin VII sinif şagirdi Qurbanəli Qurbanəliyevi maşınla vurub.

Q.Qurbanəliyev həmin vaxt futbol məşqinə gedirmiş. Hadisədən sonra şagird məktəbə gətirilib və təcili tibbi yardım çağrılıb.

İlkin müayinə zamanı şagirddə ciddi xəsarət aşkar edilməyib. Q.Qurbanəliyev hazırda Kliniki Tibbi Mərkəzdə müayinə olunur.

Bu hadisəni törədən məktəblinin ad və soyadını dəqiqləşdirməyə çalışırıq. Aldığımız məlumata görə hadisəni törədən şəxs "Naib" marketlər şəbəkəsinin sahibinin oğlu olub. Faktla bağlı cinayət işi açılıb.

Onu da qeyd edək ki, ötən il Xırdalanda 9 saylı məktəbin qarşısında 11-ci sinifin şagirdi  bıçaqlanmışdı.

Ondan əvvəl isə məktəb müəllimənin şagirdi döyməsi videosu ilə ölkədə gündəm olmuşdu.

Deyilənlərə görə, Xırdalanda 9 saylı məktəbin direktoru Həcər İbrahimovanın başı həmişəki kimi pul yığıma qarışıb. Ona görə həmin məktəbdə nizam-intizam yoxdur.

Məlumat verən mənbənin verdiyi digər xəbərə görə, bu il 9 saylı məktəbin 4-cü sinifə keçən ibtidai sinif şagirdlərinin hər birindən 2-ci növbəyə düşməmələri üçün 40 manat yığılır.

Birinci növbəni isə hər bir valideyn arzu edir. İkinci növbədə dərslər gec qutarır, məktəbin həyəti qaranlıqdı, işıq dirəkləri isə yoxdur.

Bununla bağlı şikayət edən valideynlərə isə  9 saylı məktəbin direktoru Həcər İbrahimova deyib ki, bu problemlə bağlı icra başçısına müraciət edin, həll etsin.