Melaniya Trampın sərvət dəyərindəki geyim və aksessuarları

Melaniya Trampın sərvət dəyərindəki geyim və aksessuarları
01:30 14-06-2019 | icon 43

ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Trampın üzərində daşıdığı üzüyün qiyməti eşidib, görənləri heyrətləndirib.

milletinsesi.info xəbər verir ki, Instagramda populyar  “Kim haradan geyinir” səhifəsi Melaniyanın üzüyünün qiymətinı araşdırıb. Dünyaca məşhur lüks “Graff” brendinə məxsus üzük 3000 000 dollar təxminən 5100000 manatdır.

Melaniyanın geyindiyi şık və nəfis aksessuarları, eləcə də  geyim tərzi tez-tez sosial şəbəkələrdə izləyicilər tərəfindən müzakirə olunur. 

Onun “Gucci”dən geyindiyi al-əlvan üzəri yaşıl, narıncı printlərlə bəzədilmiş uzun donunun qiyməti, sadə modelinə baxmayaraq  7480 manatadır.

“Carolina Herera”dan geyindiyi çiçəklərlə bəzədilmiş printli ağ libası isə 15834 manatadır.

Qolsuz, yaşıl rəngli “Emilia Wickstead” markasından olan əlbisənin qiyməti  3401 təşkil edir.

Qeyd edək ki, lüks və bahalı geyim brendlərinə üstünlük verən Melaniya Tramp sadə geyimlərlə də cəmiyyət içində görünməkdən çəkinmir. Gözələ nə yaraşmaz?

Rəşad Əliyev