Lənkəranda 3 uşaq anası itkin düşüb

Lənkəranda 3 uşaq anası itkin düşüb
00:30 14-06-2019 | icon 39

Lənkəranda 29 yaşlı qadın itib.

milletinsesi.info-ın bölgə müxbirinin xəbərinə görə, itkin düşən 29 yaşlı qadın Şilim kənd sakini Aygül Əliyevadır.

Mağazaya getmək adıyla yaşadığı evdən çıxan A.Əliyevadan 3 gündür  xəbər yoxdur.

3 uşaq anası olan qadını görənlərdən Lənkəran Rayon Polis Şöbəsinə və ya 050-447-76-13 telefon nömrəsinə xəbər vermələri xahiş olunur.