Türkiyədə kondisioner faciəsi - Ölən və yaralananlar var

Türkiyədə kondisioner faciəsi - Ölən və yaralananlar var
20:55 13-06-2019 | icon 40

Türkiyənin Antalya şəhərinin Muratpaşa qəsəbəsində yerləşən özəl xəstəxananın kondisioner sistemi partlayıb.

Hürriyet xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Hadisə yerinə yağnğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb olunub.

Qəzanın kondisioner sistemində sazlama işləri aparılarkən baş verdiyi deyilir.
Faktla bağlı araşdırma aparılır.