Göygöldə mikroavtobus qəzaya uğrayıb, yaralılar var

Göygöldə mikroavtobus qəzaya uğrayıb, yaralılar var
20:15 13-06-2019 | icon 28

Göygöl rayonunda sərnişin mikroavtobusunun qəzaya uğraması nəticəsində 8 nəfər xəsarət alıb.

milletinsesi.info-ın  məlumatına görə, onlardan ikisi - “Mercedes” markalı mikroavtobusun sürücüsü, Goranboy rayon sakini, 1992-ci il təvəllüdlü Elşad Şükürov və sərnişin, 2014-cü il təvəllüdlü Nоvruz Məmmədov xəstəxanaya yerləşdirilib. Həkimlərin sözlərinə görə, vəziyyətləri kafi sayılır.

Digər 6 nəfər isə tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.

Mikroavtobusda olanların Göygölə istirahətə getdiyi bildirilir.