Kiano Rivz qadınları qucaqlamır? - FOTO

Kiano Rivz qadınları qucaqlamır? - FOTO
18:45 13-06-2019 | icon 40

Dünya şöhrətli aktyor Kiano Rivz çəkdirdiyi əksər fotolarda qəribə hərəkəti ilə gündəmə gəlib.

milletinsesi.info xəbər verir ki, sosial şəbəkə izləyiciləri məşhur aktyorun xanım həmkarları və pərəştişkarları ilə çəkdirdiyi fotolarda qəribə nüans aşkara çıxarıblar.

Belə ki, aktyor bütün şəkillərdə əlini qadınların belindən uzaq tutaraq məsafə saxlayır.

Aktyorun diqqətli fanatları bunu dərhal araşdırmalara başlayıblar. Onların ehtimallarına əsasən, K.Rivz bunu zərif cinsin nümayəndələrinə dərin hörmətindən edir.

Eyni zamanda, bəzi istifadəçilər bu fotolarda aktyorun sadəcə özünü qalmaqallardan qorumaq məqsədilə belə davrandığını iddia edirlər.

Rəşad Əliyev