Xırdalanda şagirdi maşın vurdu

Xırdalanda şagirdi maşın vurdu
14:10 13-06-2019 | icon 35

Bu gün səhər saatlarında Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin yaxınlığında həmin məktəbin VII sinif şagirdi Qurbanəli Qurbanəliyevi maşın vurub.

Bununla bağlı milletinsesi.info-a Abşeron Rayon Təhsil Şöbəsindən məlumat verilib. 

Q.Qurbanəliyev həmin vaxt futbol məşqinə gedirmiş. Hadisədən sonra şagird məktəbə gətirilib və təcili tibbi yardım çağrılıb.

İlkin müayinə zamanı şagirddə ciddi xəsarət aşkar edilməyib. Q.Qurbanəliyev hazırda Kliniki Tibbi Mərkəzdə müayinə olunur.