Bu ölkələrlə Azərbaycan arasında rouminq tarifləri azala bilər

Bu ölkələrlə Azərbaycan arasında rouminq tarifləri azala bilər
11:40 13-06-2019 | icon 40

Avropa İttifaqı (Aİ) Azərbaycanda 300 km-lik dəmiryolu xəttinin çəkilişini dəstəkləyir.

milletinsesi.info xəbər verir ki, bu sözləri Aİ-nin Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə komissarı Yohannes Han bu gün Bakıda keçirilən V Aİ-Azərbaycan biznes-forumunda çıxışında deyib. 

Onun sözlərinə görə, Aİ ölkələri ilə Azərbaycan arasında rouminq tarifləri azaldıla bilər: 

“Bu yaxınlarda rouminq tariflərinin azaldılması və kibertəhlükəsizliyə qarşı birgə mübarizə işlərinə başlanılacaq. Bu forum çərçivəsində bir sıra məqamlar müzakirə ediləcək. Forum bir daha əməkdaşlığımızın inkişaf etdiyini sübut edir”.

Könül Cəfərli