Xəzərdə son doqquz gündə üçüncü zəlzələ

Xəzərdə son doqquz gündə üçüncü zəlzələ
11:15 13-06-2019 | icon 40

Xəzər dənizində növbəti dəfə zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına əsasən, bu gün yerli vaxtla saat 10:32-də Xəzər dənizində zəlzələ qeydə alınıb.

Zəlzələnin maqnitudası 4, dərinliyi 47 km təşkil edib.

Xatırladaq ki, iyunun 5 və 7-də də Xəzərdə zəlzələ baş verib.