Olimpiya stadionunda ən mahir rəqqaslar pul mükafatı qazandı

Olimpiya stadionunda ən mahir rəqqaslar pul mükafatı qazandı
08:05 13-06-2019 | icon 36

Bakı Olimpiya Stadionunda “Break dance & Hip-Hop” rəqsləri üzrə “Caspian Style Jam” müsabiqəsi keçirilib.

Trend xəbər verir ki, yarışma iki yaş kateqoriyalarında keçirilib.

Hip-hop üzrə kiçik yaş kateqoriyasında 30 iştirakçı qatılıb. “Harmony Dance Studio” tələbəsi “Kamkilla” “battle”ın qalibi olub və 200 manat pul mükafatı qazanıb. Eyni mükafatı “Bgirl Rumeysa” “break dance” növündə qazanıb.

“Break dance” üzrə böyük yaş kateqoriyasında birinci yerin sahibi Fərman Lazımova (Bboy Button), “Hip-hop” üzrə isə Ramil Məmmədli (Rayman) olublar. Hər iki qalib sertifikat və 500 manat pul mükafatı qazanıblar.

Yarışmanın keçirilməsində məqsəd Break Dance və Hip-Hop mədəniyyətinin daim inkişaf etməsi, bu rəqslərlə məşğul olan bacarıqlı gənclərin üzə çıxarılması olub.