Bakıda qanlı gecə -17 yaşlı gənci naməlum adamlar bıçaqladılar

Bakıda qanlı gecə -17 yaşlı gənci naməlum adamlar bıçaqladılar
01:10 13-06-2019 | icon 37

Nərimanov rayonunda 17 yaşlı oğlan bıçaqlanıb.

2002-ci il təvəllüdlü Manaflı Tacəddin İlham oğlu tanımadığı şəxslə mübahisə edib. Nəticədə o, bıçaqlanıb. 

Çox qan itirən yaralı dərhal 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Vəziyyətinin ağır olduğu bildirilir.

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində T.Manaflını bıçaqlayan şəxsi saxlayıblar.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli
Elşad Mətləboğlu