62 yaşlı kişi kanalda boğulub

62 yaşlı kişi kanalda boğulub
21:40 12-06-2019 | icon 33

İmişli rayonunda 62 yaşlı kişi kanalda boğulub.

milletinsesi.info-ın məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Otuziki kəndində qeydə alınıb.

Boğulan şəxsin kənd sakini, 1957-ci il təvəllüdlü Balayev Arazxan İnşallah oğlu olduğu bildirilib. Onun  çimmək üçün kanala getdiyi deyilir. 

Meyit sudan çıxarılaraq tibbi ekspertizaya təhvil verilib. Faktla bağlı araşdırma aparılır.