Fuad Abbasovun anası İlham Əliyevə müraciət etdi

Fuad Abbasovun anası İlham Əliyevə müraciət etdi
18:31 12-06-2019 | icon 70

Rusiyada həbs edilən azərbaycanlı jurnalist Fuad Abbasovun anası Billur Abbasova Azərbaycan prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevaya videomüraciət edib.
 
Millətinsəsi.info jurnalistin anasının videomüraciətini təqdim edir:
 
Qeyd edək ki, Rusiya hüquq-mühazifə orqanları Fuad Abbasovun miqrasiya qaydalarını pozduğunu iddia edir. O, ötən ay Rusiya polisi tərəfindən kobudluqla həbs edilmişdi. Bu gün Azərbaycanın Rusiyadakı Səfirliyi Fuad Abbasova görə Rusiya XİN-ə nota verib.