Bakıda narkotacir Əminə ələ keçdi - FOTO

Bakıda narkotacir Əminə ələ keçdi - FOTO
15:45 12-06-2019 | icon 40

Suraxanı rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər ifşa ediliblər. 

Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

31-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Teymur Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə heroin aşkar edilərək götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitəni ona satmaqda şübhəli bilinən Yeni Suraxanı qəsəbə sakini Əminə Babayeva da polislər tərəfindən tutulub. Onun evindən 500 qramdan artıq heroin, habelə tiryək, marixuana, metadon və metamfetamin aşkar edilərək götürülüb. Ə.Babayeva narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.